
İtaliya klubu Arrisabalaqanı transfer siyahısına salıb
“Arsenal”ın qapıçısı Kepa Arrisabalaqa “İnter”in maraq dairəsinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan təmsilçisi təcrübəli ehtiyat qapıçı axtarışındadır və 31 yaşlı qolkiper etibarlı və əlçatan variant kimi qiymətləndirilir. “İnter” artıq onu qısa siyahıya daxil etsə də, tərəflər arasında hələlik rəsmi danışıqlara başlanılmayıb.
İspaniyalı qolkiperin London klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalına görə, onun bazar dəyəri 7 milyon avro təşkil edir.
Arrisabalaqa cari mövsümdə “Arsenal” forması ilə bütün turnirlərdə 11 oyuna çıxıb, 11 qol buraxıb və 4 matçda qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



