“İnter” ingiltərəli müdafiəçi ilə maraqlanır

“İnter” “Kristal Pelas”ın müdafiəçisi Mark Quehi ilə maraqlanan komandalar sırasında yer alır. İngiltərəli futbolçunun klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın bir çox aparıcı klubları Quehini azad agent kimi heyətinə qatmaq niyyətindədir və bu klublar arasında “İnter” də var.

Daha əvvəl Quehiyə “Real”, “Barselona” və İngiltərə Premyer Liqası təmsilçilərinin də maraq göstərdiyi bildirilmişdi.

“Kristal Pelas”ın kapitanı olan müdafiəçi bu ilin iyulunda 26 yaşını tamamlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button