
“İnter” Akanji ilə bağlı qərar verib
“İnter” mövsümün əvvəlində “Mançester Siti”dən icarəyə götürdüyü müdafiəçi Manuel Akanjinin daimi transferini həyata keçirməyə qərar verib.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
30 yaşlı müdafiəçinin müqaviləsi İngiltərə klubundan alınacaq. Əvvəlki məlumatlara görə, “İnter” Akanji üçün təxminən 15 milyon avro xərcləməyə hazırdır.
İsveçrəli futbolçu cari mövsümdə “İnter”in heyətində bütün turnirlər daxil olmaqla 19 oyuna çıxıb. Onun komandası hazırda A Seriyasında 16 turdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Milan”dan 2 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



