PSJ-nin hücumçusu Premyer Liqa klubuna keçə bilər

PSJ-nin hücumçusu Qonçalo Ramos karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa” portuqaliyalı futbolçu ilə maraqlanır və bu ay transfer təklifi təqdim etməyə hazırdır. İngiltərə klubu müqavilənin uğurla başa çatma ehtimalını qiymətləndirir.

24 yaşlı futbolçu 2024-cü ildə “Benfika”dan PSJ-yə keçib və transferin dəyəri 65 milyon avro olub. Onun klubu ilə müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə qədər qüvvədədir.

Ramos cari mövsümdə 28 oyuna çıxıb, 10 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button