Kloppdan əvvəlki və sonrakı “Liverpul”

İngiltərənin “Liverpul” klubunun heyətinin dəyəri məlum olub.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin heyətinin dəyəri 2,15 milyard avrodur. Bu barədə “Forbes” nəşri məlumat yayıb.

Almaniyalı mütəxəssis Yurgen Klopp “Liverpul”a gəldiyi zaman – 2015-ci ildə komandanın heyətinin dəyəri 423 milyon avro idi. 5 ildə “Liverpul”un heyətinin dəyəri 500 faizdən çox artıb.

“Forbes” nəşri Mersisayd təmsilçisinin futbolçusu Endryu Robertsonun dəyərinin tez bir zamanda artmasını da misal göstərib. Belə ki, 25 yaşlı müdafiəçi 2017-ci ildə 9,4 milyon avro idisə, indi bu rəqəm 80 milyondur.

“Liverpul” hazırda Premyer Liqada 61 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button