AÇ-2024: “İngiltərə ilə oyun bizim üçün çox önəmli olacaq”

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti AÇ-2024-ün seçmə mərhələsində Malta ilə oyun (4:0) haqda danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis komandasının inkişaf etdiyini bildirib:

“Əhəmiyyətli olan heç bir risk etmədən və matça yüngül yanaşmadan üç xal əldə etmək idi. Komanda yaxşı inkişaf edir. Bir-birini daha yaxından tanımaq istəyən futbolçuların olduğu aydındır. Yaxşı futbol oynadıq. İngiltərə ilə oyun bizim üçün çox önəmli olacaq”.

10 xalı olan İtaliya millisi 5 oyundan sonra C qrupunda ikinci pillədə qərarlaşıb.

Növbəti oyunda Spalettinin yetirmələri səfərdə İngiltərə ilə qarşılaşacaq, Malta isə Ukraynanı qəbul edəcək. Hər iki görüş oktyabrın 17-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button