Artetanın taleyi 3 oyundan asılıdır

İngiltərənin “Arsenal” klubu baş məşqçisi Mikel Arteta ilə yollarını ayıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə “talkSPORT” portalı məlumat yayıb. Xəbərdə, Artetaya üç oyunluq şans verildiyi bildirilib. İspan mütəxəssis komandadakı pis gedişatı dayandırmalı və “topçular” Premyer Liqada növbəti üç oyunda qələbə qazanmalıdır.

“Arsenal” İngiltərə Premyer Liqasında 11 turda sadəcə 4 oyunda qələbə qazanıb. London təmsilçisi turnir cədvəlində 15-ci sırada qərarlaşıb.