“İnanılmaz güclü komandaya qarşı oynadıq” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsində “Napoli”yə qarşı keçirdikləri oyunu (2:0) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, güclü komandaya qarşı oynadıqlarını deyib:

“Biz inanılmaz güclü komandaya qarşı oynadıq. Komandamız düzgün əhval-ruhiyyədə yol aldı, rəqibə boş yer vermədən əsl mübarizə apardıq. Biz “Napoli”nin nə qədər yaxşı olduğunu bilirik. Lakin məqsədimiz Premyer Liqada “Lids”ə məğlubiyyətdən sonra “Liverpul” oyunçularının reaksiyasını göstərmək idi və biz məhz bunu etdik”.

“Napoli” və “Liverpul” A qrupunda müvafiq olaraq birinci və ikinci yerləri tutaraq, Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Üçüncü yer Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək “Ayaks”a məxsusdur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button