
“İmişli” “Qarabağ”ın əvəzedici komandasını məğlub etdi
“İmişli” yay təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, bölgə təmsilçisi “Qarabağ”ın əvəzedici komandası ilə üz-üzə gəlib.
Qarşılaşma “İmişli”nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“İmişli” növbəti yoxlama oyununu iyulun 24-də, Bakı Olimpiya Stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



