İlk yarımfinalçı bəlli oldu

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin növbəti oyunu çərçivəsində “Neftçi” və “Xırdalan” komandaları üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, 76:73 hesabı ilə qələbə qazanan ikincilər ilk yarımfinalçı olublar.

Bu komandalar arasında baş tutan əvvəlki görüşdə də “Xırdalan” qələbə qazanmışdı – 80:75.

Pley-off mərhələsinin digər görüşündə sabah “Sərhədçi” və “Xəzri” klubları qarşılaşacaq. İlk matçda “Xəzri” 98:64 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button