ÇL: “Özümüzü ayağımızdan vurduq” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Qalatasaray”la qarşılaşma (2:3) haqda danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, məğlubiyyəti belə şərh edib:

“Matça tam nəzarət edirdik, amma sonra iki qol buraxaraq özümüzü ayağımızdan vurduq. Biz belə məqamlarda daha yaxşı müdafiə olunmalı, meydanın müəyyən sahələrində daha yaxşı oynamalıyıq”.

“Mançester Yunayted” ardıcıl ikinci matçda məğlub olaraq A qrupunda sonuncudur. “Qalatasaray” 4 xalla ikinci pilləyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button