“İki oyunun nəticəsinə görə PSJ-ni məğlub edə bilən heç bir komanda yoxdur”

“Liverpul”un baş məşqçisi Arne Slot komandasının UEFA Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.

Mersisayd təmsilçisi turnirdə mübarizəni 1/4 final mərhələsində, PSJ-yə məğlub olaraq dayandırıb. Paris təmsilçisi hər iki oyunda 2:0 hesabı ilə qalib gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı PSJ-yə qarşı çox çətinlik yaşadıqlarını bildirib:

“Komandam liqa mərhələsini turnir cədvəlinin üçüncü pilləsində başa vurdu. Daha sonra “Qalatasaray”ı mübarizədən kənarlaşdırdıq. PSJ ilə matçlarda isə çox çətinlik yaşadıq. İki oyunun nəticəsinə görə PSJ-ni məğlub edə bilən heç bir komanda yoxdur”.

PSJ Çempionlar Liqasının mayın 30-da keçiriləcək finalında “Arsenal”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button