“İkardinin olduğu “İnter” indikindən daha pis oyunlar keçirib” – Spaletti

İtaliya A Seriyasının son turunda “Latsio”ya 0:1 hesabı ilə məğlub olan “İnter”in baş məşqçisi Luçano Spaletti matçdan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis, heyətdən kənarlaşdırılan Mauro İkardi olmadığı üçün xal itirdikləri ilə bağlı deyilənlərə cavab verib:

“Bəzi insanlar İkardi olmadığı üçün məğlub olduğumuzu deyir. Uzun illər İkardinin heyətdə olmasına baxmayaraq, “İnter” Çempionlar Liqasına gedə bilmədi. İkardinin olduğu “İnter” indikindən daha pis oyunlar keçirib”.

Mütəxəssis, İkardi ilə Lionel Messini də müqayisə edib:

“Lionel Messi hər zaman fərq yaradır, amma İkardi elə deyil. Peşəkarlıq və özünə hörmət, nizam-intizam hər şeydir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button