İbrahimoviç karyerasını bitirə bilər

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunacaq.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İsveçli hücumçu əməliyyat səbəbindən 7-8 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu vəziyyətə görə təcrübəli oyunçunun karyerasını bitirə biləcəyi də istisna olunmur.

İbrahimoviç ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 8 qol vurub və 3 məhsuldar ötürmə edib. O, “Milan”la İtaliya çempionluğunu qazanıb.

Bir müddət öncə iddia edilirdi ki, İbrahimoviç futbolçu karyerasını bitirsə, mərhum agent Mino Rayolanın şirkətində işə başlaya bilər.

Bizi Telegramda izləyin