İbrahimoviç əməliyyat olundu

İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə isveçli hücumçunun uğurlu əməliyyat keçirdiyi vurğulanıb. Lakin 39 yaşlı forvard avqustun ortalarına qədər meydana çıxa bilməyəcək.

Qeyd edək ki, İbrahimoviç ötən mövsüm A Seriyasında 19 oyun keçirib və 15 qol vurub. O, məhz dizindəki zədəyə görə hazırda keçirilən Avropa çempionatını buraxmalı olub.