“Hər bir lider öz işi ilə məşğul olmalıdır” – “Sabah”ın baş məşqçisi

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas DÇ-2026-nın 1/16 final mərhələsində ABŞ millisinin futbolçusu Folarin Baloqunun Bosniya və Herseqovina ilə matçda aldığı qırımızı vərəqənin sonradan ləğv olunması ilə bağlı fikirlərini bölüşüb.

FİFA sonradan meydan sahibi olan ABŞ-nin hücumçusu Baloqunun “qırmızı”sını ləğv etmişdi.

Komanda.az xəbər verir ki, Dambrauskas, ABŞ prezidenti Donald Trampın məsələyə müdaxilə etməsi iddiaları haqda belə deyib:

“Bizim Prezidentimiz İlham Əliyevdir, Donald Tramp deyil. Və bizim Azərbaycanda heç bir futbol qərarlarına qarışılmır. Mənə elə gəlir ki, hər bir lider öz işi ilə məşğul olmalıdır (gülür)”.

Qırmızı vərəqəsi ləğv edilən Baloqun 1/8 finalda Belçika millisinə qarşı keçirilən matçda meydana çıxa bilib. Ancaq bu, ABŞ millisini ağır məğlubiyyətdən xilas etməyib. Komanda Belçikaya 1:4 hesabı ilə uduzub və turniri tərk edib.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button