
“Napoli” Hoylundun transfer hüquqlarına yiyələndi
“Napoli” danimarkalı hücumçu Rasmus Hoylundun transfer hüquqlarını “Mançester Yunayted”dən birdəfəlik alıb.
Komanda.az xəbər verir ki, bu barədə “manutd.com” məlumat yayıb.
Ötən mövsümü icarə əsasında Neapol təmsilçisində keçirən forvard bütün turnirlərdə 44 oyunda meydana çıxaraq, 16 qola imza atıb. “Napoli” bu transfer üçün təxminən 44 milyon avro ödəyib.
23 yaşlı hücumçu 2023-cü ilin yayında “Atalanta”dan “Mançester Yunayted”ə transfer olunmuşdu. O, İngiltərə təmsilçisinin heyətində keçirdiyi iki mövsüm ərzində 95 matçda iştirak edib və 26 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



