“Hazırda Martinesin yerində olmaq istəməzdim” – İquayn

“Yuventus”un hücumçusu Qonsalo İquayn “İnter”in futbolçusu Lautaro Martineslə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “TyC Sports”a danışan futbolçu, adı “Barselona” ilə yanaşı çəkilən Martineslə bağlı bunları deyib:

“Lautaro karyerasında irəliləmək üçün indiyədək doğru addımlar atdı. “İnter” kimi komandada oynamaq yaxşı bir işdir. Hər kəs onun səviyyəsini bilir. Martinesin böyük təcrübəsi yoxdur, karyerası ilə bağlı qəti qərar verməsi lazımdır. Güclü olması lazımdır, onun vəziyyəti asan deyil. Çünki “Barselona”ya “yox” demək çətindir. Məsələyə öz tərəfimdən yanaşsam, “Real” mənə belə bir təklif göndərsəydi, “yox” deyəcəkdim? Ya yaşımın bir az daha artmasını gözləyəcəkdim? “Barselona” sizi istəyirsə və komandada Lionel Messi kimi futbolçu varsa, bu təklifi qəbul etməmək çox çətin olar. Hazırda Martinesin yerində olmaq istəməzdim”.