Enzo Fernandesdən gələcəyi haqda açıqlama

“Çelsi”nin və Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes gələcəyi ilə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentina millisi ilə DÇ-2026-nın 1/4 finalına vəsiqə qazanan futbolçu bunu deyib:

“Hazırda gələcəyim barədə düşünmürəm. Bu inanılmaz anı yaşayıram. Görək, dünya çempionatından sonra nə olacaq”.

Daha əvvəl 25 yaşlı futbolçu ilə “Mançester Siti”nin və “Real”ın maraqlandığı bildirilib.

Enzo Fernandes 2025/26 mövsümündə bütün turnirlərdə 54 oyunda 15 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə hazırkı müqaviləsinin müddəti 2032-ci ilə qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button