Sampaoli İspaniya klubunun “radar”ında

Hazırda Braziliyanın “Santos” klubunu çalışdıran Xorxe Sampaoli İspaniyaya üz tuta bilər.

Komanda.az xəbər verir ki, “Betis” klubu 59 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Bu mövsüm uğursuz çıxış edən “Betis”də baş məşqçi Rubi ilə yolların ayrılacağı gözlənilir. La Liqa təmsilçisinin rəhbərliyi Rubinin yerinə Sampaolini gətirməyi planlaşdırır.

“Betis” La Liqada 10 turdan sonra 9 xalla 18-ci sırada qərarlaşıb.

“Santos”la 2020-ci ilin sonuna qədər müqaviləsi olan Sampaoli, 2016/17 mövsümündə İspaniyada “Sevilya”nı çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button