Hamşik “Napoli”yə qayıtmaq ehtimalından danışdı

“Napoli”nin sabiq yarımmüdafiəçisi Marek Hamşik Neapol klubuna mümkün qayıdışından danışıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Hamşik, “Napoli”nin baş məşqçisi olmaq ehtimalı haqda belə deyib:

“Napoli”nin baş məşqçisi olmaq? Bəlkə də. Bu yay 3-4 gün Neapolda oldum, bir az gəzdim. Klub prezidenti ilə hələ də əlaqəm var. Ümid edirəm ki, “Napoli” böyük qələbələr qazanmağa davam edəcək”.

Hamşik 2007-2019-cu illərdə “Napoli”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button