“Hamılıqla çətin dövr yaşayırıq”

“Monako”nun müdafiəçisi Aksel Disasi Fransa çempionatının 36-cı turunun “Lion”la matçı haqda (1:3) danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çətin dövr yaşadıqlarını deyib:

“Oyuna mükəmməl başladıq, ikinci dəqiqədə hesabı açdıq. İlk hissədə çoxlu təhlükəli vəziyyətlər yaratdıq. Fasilədən sonra isə rəqib həm fəal, həm də effektiv çıxış etməyə başladı. Həm biz, həm də azarkeşlər – hamılıqla çətin dövr yaşayırıq.

“Monako” qarşısına yüksək hədəflər qoyub. Bu cür oyunlarda qeydə alınan nəticələr məyusluqdan başqa heç bir hiss yaşatmır. Qarşıda bizi daha iki matç gözləyir. Dördüncü sıradakı mövqeyimizi qoruyub saxlamaq üçün “Renn”lə oyunda uğurlu nəticə əldə etmək lazımdır. Qələbə üçün hər şey edəcəyik”.

“Monako” hazırda Liqa 1-in turnir cədvəlində 65 xalla dördüncü, “Lion” isə 59 xalla yeddincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button