“Çempionlar Liqasından kənarlaşdırılmaq bizi xoşbəxt etmir”

“Mançester Siti”nin hücumçusu Erlinq Haland komandasının 2025/2026 mövsümündəki çıxışı barədə danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, norveçli forvard sabit mövsüm keçirmədiklərini etiraf edib:

“Çox da sabit mövsüm keçirmirik. “Mançester Siti” UEFA Çempionlar Liqasından kənarlaşdırıldı ki, bu da bizi xoşbəxt etmir. Amma qarşıda başqa oyunlarımız var”.

“Mançester Siti” son oyununda evdə “Liverpul”u 4:0 hesabıyla məğlub edib və bu uğur “şəhərlilər”i kubokun yarımfinalına çıxarıb. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində lider “Arsenal”dan 9 xal geridə qalaraq, 61 xalla 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button