
“Hər şey öz əlimizdədir”
“Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendi mövsümün sonu ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunu söyləyib:
“Hər şeyi qazanmaq üçün nəyə ehtiyacımız olduğunu aydın başa düşürük. Öz işimizi görməliyik. Hər şey öz əlimizdədir, ona görə də, düşünmürəm ki, başqaları ilə baş verənlərə çox da əhəmiyyət verməliyik. Özümüzə diqqət yetiririk”.
“Arsenal” hazırda 79 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində liderlik edir. “Topçular” həmçinin, mayın 30-da UEFA Çempionlar Liqasının finalında PSJ ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



