Hər şeyi etdik ki, özümüzü çuxura salaq – Abasov

Azərbaycan Premyer Liqasında 15-ci turun “Zirə” – “Sabah” oyunundan sonra “Zirə”nin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Abasov 0:2 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

“Həddən artıq çətin və pis oyun oldu. Ürək açmadı oyunumuz. Özümüz özümüzdən belə şey gözləmirdik. Deməzdim ki, Antalyadakı oyunlar bizi rahatlatmışdı. Öz azarkeşlərimizin önündə oynamaq həyəcana səbəb olmuşdu.

Matçdan əvvəl futbolçulara demişdim ki, bir nəfər oyundan qopsa, böyük problemlər yaranacaq. İlk hissədə isə 5-6 nəfər oyundan qopmuşdu və hətta ipi qırmışdı. Yeni futbolçulardan da çox şey gözləmirdik. Sadəcə, meydana buraxdıq ki, ab-havanı hiss eləsinlər. Bir az hazır olanlara şans verdik. Bu, ümidlərin kəsiləcəyi oyun idi. Hər şeyi etdik ki, özümüzü çuxura salaq. Rahatçılıq yox idi. Sadəcə, bilmirəm nə baş verdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button