Həndbol: Azərbaycan çempionatında 6-cı tura yekun vuruldu

Həndbol üzrə ölkə çempionatında 6-cı tura yekun vurulub.

Bu barədə Komanda.az-a Azərbaycan Həndbol Federasiyasından bildirilib.

Qadın həndbolçuların mübarizəsində “Azəryol” “Təhsil”i 33:7, “İdman Akademiyası” “Bakı”nı 26:8, “Kür” isə “Qarabağ”ı 40:15 hesabı ilə üstələyib.

Kişilərin yarışında “Dinamo” “Təhsil” üzərində 32:31 hesablı qələbə qazanıb. “Bakı” “Azəryol”u 33:19, “Qarabağ” isə “Kür”ü 26:22 hesabı ilə məğlub edərək hesabına növbəti xalları yazdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button