“Hər şeyi baha qiymətə satdıq” – Laporta

“Barselona”nın prezidenti Xuan Laporta Kataloniya klubunun yayda transferlər üçün pulu necə əldə etdiyini açıqlayıb.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, o, hər şeyi baha qiymətə satdıqlarını deyib:

“Kluba gəlib mövcud vəziyyəti qiymətləndirəndə iki variantım olduğunu başa düşdüm. Ya hər cür maliyyə rıçaqlarından istifadə edin, ya da azarkeşlərdən pul dilənməyə başlayın. Adi azarkeşlər pandemiya səbəbindən onsuz da iqtisadi çətinliklər yaşayırdılar, ona görə də bunu etməmək qərarına gəldim. Komandanı bərpa etmək üçün aktivləri satmalı oldum. Biz gələcəyə zərər vermədən hər şeyi baha qiymətə satdıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button