“Sabah” daha bir yoxlama oyunu keçirəcək

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” daha bir yoxlama oyununda qüvvəsini sınayacaq.

Komanda.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Telavi” klubuyla üz-üzə gələcək. Gürcüstanın yüksək liqa təmsilçisi ilə matç iyulun 26-da, saat 19:00-da “Zestafoni” təlim-məşq bazasının stadionunda keçiriləcək.

“Sabah” Tbilisi toplanışında daha öncə “Şukura” (1:0) və “Samqurali” (0:1) klublarıyla qarşılaşıb. “Ağ-göylər” iyulun 28-də Gürcüstanda sonuncu yoxlama oyununu keçirəcək. Rəqib yerli “Saburtalo” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button