Gürcü futbolçu PSJ-yə keçməyə razıdır, amma…

“Napoli”nin vingeri Xviça Kvaratsxeliya PSJ-yə keçməyə razılaşsa da, transfer hələ də çətin görünür.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, hələlik oyunçusunu buraxmaq istəməyən “Napoli”nin mövqeyindən çox şey asılı olacaq.

Bildirilir ki, Kvaratsxeliya PSJ-yə keçməyə hazırdır və bunu karyerasını inkişaf etdirmək üçün əla fürsət hesab edir. Bununla belə, parislilər sövdələşməni həyata keçirməkdə çətinlik çəkəcəklər. “Napoli” böyük ehtimalla, gürcü futbolçu üçün 100 milyon avrodan çox təzminat tələb edəcək.

23 yaşlı Kvaratsxeliya son İtaliya çempionatında 11 qol vurub, 6 məhsuldar ötürmə edib. O, 2023-cü ildə “Napoli” ilə A Seriyasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button