Gunduzi İtaliya klubunda tibbi müayinədən keçdi

“Marsel”in yarımmüdafiəçisi Matteo Gunduzi “Latsio”ya keçib.

Komanda.az İtaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, o, tibbi müayinəni uğurla tamamlayıb.

Öncədən “Latsio”nun 24 yaşlı futbolçunu 12 milyon+5 milyon avro bonus müqabilində məcburi satınalma şərti ilə icarəyə götürmək istədiyini və Liqa 1 klubunun onun sonrakı satışından 10 faiz qazanc əldə edə biləcəyinə dair xəbər vermişdik.

Gunduzi 2021-ci ildən “Marsel”də oynayır. O, ötən mövsümdə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, beş qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button