Futbolçunun maşınını yandırdılar

Braziliya çempionatının yüksək divizionundan aşağı diviziona düşdüyü üçün “Santos”un azarkeşləri komandanın hücumçusu Stiven Mendozanın avtomobilini yandırıblar.

Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, bu, futbolçuya etiraz deyil. Ümumiyyətlə, stadionun yaxınlığında bir neçə avtomobil və avtobus yanıb. Təhlükəsizliyi gücləndirmək üçün helikopterlər və hərbi polis cəlb edilib.

Dünən “Santos” Braziliya çempionatının son turunda evdə “Fortaleza”ya uduzaraq (1:2), turnir cədvəlini 17-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button