“Futbolçularımla qürur duyuram” – Hütter

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Çelsi”ylə 1:1 hesablı bərabərliyə razılaşaraq, penaltilər seriyasında məğlub olan “Ayntraxt”ın baş məşqçisi Adi Hütter matçdan sonra açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis, “zadəganlar”ı mübarizədən kənarlaşdırmağı xəyal etdiklərini deyib:

“Hər şeydən əvvəl “Çelsi”ni təbrik edirəm. Hamımız “Çelsi”ni mübarizədən kənarlaşdırmağı xəyal edirdik. Xəyallarımız gerçəkləşmədiyi üçün təəssüflənirik. Amma “Stemford Bric”də belə oynamaq asan deyil. Futbolçularımla qürur duyuram. Artıq Bundesliqada iki vacib oyunumuz var. Bu matçı ən qısa vaxtda unutmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button