Futbolçular Azərbaycan çempionatının oyununa şəhid övladları ilə çıxdılar

Tovuzun “Turan” komandasının futbolçuları Azərbaycan birinci divizionunun ilk turu çərçivəsində bu gün baş tutan MOİK-lə oyuna şəhid övladları ilə çıxıblar.

Komanda.az xəbər verir ki, vətən müharibəsi şəhidlərinin ailə üzvləri və övladları bu görüşü canlı izləyiblər.

Tovuz şəhər stadionunda baş tutan qarşılaşma sonda MOİK-in qələbəsiylə başa çatıb – 2:0.