“Vest Hem”in futbolçusu İspaniya millisinə çağırıldı

Futbol üzrə İspaniya milli komandasının AÇ-2020 üçün yekun heyətinə dörd yeni futbolçu cəlb olunub.

Komanda.az xəbər verir ki, bunlar “Selta”dan Brais Mendes, “Lids”dən Rodriqo Moreno, “Vest Hem”dən Pablo Fornals və “Valensiya”dan Karlos Solerdir.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. İspaniya millisi turnirin qrup mərhələsində İsveç, Polşa və Slovakiya yığmaları ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button