“Kəpəz” uduzdu, “Zaqatala” səfərdə qələbə qazandı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Keşlə”nin əvəzedici komandası “Sabah-2″ni qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.

Bu gün daha iki qarşılaşma keçirilib. “Neftçi”nin əvəzedici komandası səfərdə “Sumqayıt-2″ni darmadağın edib. “Turan Tovuz” isə “Qaradağ Lökbatan”ı son dəqiqə qolu ilə məğlub edib.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Kəpəz” doğma meydanda MOİK-ə uduzub. “Zaqatala” isə səfərdə “Qarabağ”ın əvəzedici komandası üzərində qələbə qazanmaqla zirvədəki mövqeyini qoruyub.

Birinci divizion, 22-ci tur

16 aprel

Keşlə-2 – Sabah-2 3:0
Qol:
Emin Quliyev, 23. Bahadur Həziyev, 77. Elnur Süleymanov, 88.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, İnqilab Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”, 15:00

17 aprel

Sumqayıt-2 – Neftçi-2 0:4
Qol: Vüsal Əsgərov, 45+1-pen. Fərid Yusifli, 54. Nazim Bağırov, 58. Ramin Nəsirli ,85.
Qırmızı vərəqə: Tahir Zeynalov, 45 (“Sumqayıt-2”).
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Teymur Teymurov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:00

Qaradağ Lökbatan – Turan Tovuz 1:2
Qol:
Sabir Allahquliyev, 64 – Elçin Qasımov, 84. Vidadi Cəfərov, 90+1-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Ruslan Quliyev, Kərim Zeynalov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00

18 aprel

Kəpəz – MOİK 1:3
Qol
: Röyal Əhmədov, 17 – Əlibəy Məmmədli, 48. Zahir Xanhüseynli, 88. Elvin Nəsibov, 90+8.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kərim Ağayev
Gəncə şəhər stadionu, 15:30

Qarabağ-2 – Zaqatala 1:2
Qol: Kamran Məmmədov, 80 – Xəlil Bəşirov, 12. Nicat Oruclu, 75.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Elman Kərimov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”, 16:00