“Azarkeşlərə demək istəyirəm ki…” – “Liverpul”un futbolçusu

İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Vircil van Dayk açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı futbolçu, koronavirus pandemiyası və bu səbəblə yaranan fasilə haqqında danışıb:

“İndiyə qədər heç vaxt qarşılaşmadığımız vəziyyətdəyik. Ən vacib məsələ insanların güvənliyi və sağlamlığıdır. Evdə qalmaq hər şeydən daha əhəmiyyətlidir. Futbol üçün darıxırıq, oynamaq istəyirik, amma bu vəziyyətin başqa yolu yoxdur. Evdən çıxmaq üçün doğru zamanı gözləməliyik. Evdə qalın, ailənizlə vaxt keçirin. Bunu edərək təkcə özünüzə deyil, digər insanlara da kömək etmiş olursuz.

Çox futbol oyunu izləmirəm, xüsusilə, bu mövsüm heç bir oyuna baxmamışam. Bunun səbəbini bilmirəm. Futbol üçün darıxıram, amma oyun izləmək çətindir. Bu il “Liverpul”un heç bir oyununu izləməmişəm.

Azarkeşlərə demək istəyirəm ki, sizin üçün darıxırıq. Amma hazırkı vəziyyətdə edə biləcəyimiz yeganə şey gözləməkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button