“Fulhem”in oyunçusu “Bayern”ə keçə bilər

“Fulhem”in yarımmüdafiəçisi Joao Palinya qış transfer pəncərəsində “Bayern”ə keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu yayda 28 yaşlı portuqaliyalı futbolçunun transferi ilə bağlı İngiltərə təmsilçisi ilə razılığa gəlsə də, son anda transfer baş tutmayıb.

Palinya ötən yaydan “Fulhem”də çıxış edir. O, londonluların heyətində 43 oyun keçirib və 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button