
Arbeloa İngiltərə klubunda – Rəsmi
“Fulhem” Alvaro Arbeloanın baş məşqçi postuna təyin olunduğunu açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytındakı məlumatda bildirilib:
“Klub Alvaro Arbeloanın “Fulhem”in yeni baş məşqçisi təyin edildiyini elan etməkdən məmnundur. 43 yaşlı mütəxəssis müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq üçillik müqaviləyə razılaşıb.
Titullarla zəngin oyunçu karyerasından sonra Arbeloanın məşqçilik yolu “Real”ın gənclər komandalarından başlayaraq daha sonra isə ötən mövsüm əsas komandaya qədər dünyanın ən böyük klubunda keçib”.
“Fulhem” İngiltərə Premyer Liqasının 2025/26 mövsümünü turnir cədvəlinin 11-ci pilləsində başa vurub. Komanda 38 oyunda 54 xal toplayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



