Mbappedən yeni rekord

Fransanın PSJ komandası Liqa 1-in 30-cu turunda “Lion”u səfərdə məğlub edib – 4:2.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin sözügedən qarşılaşmada iki qol vuran hücumçusu Kilian Mbappe yeni rekorda imza atıb. Bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb. Mbappe Liqa 1-də vurduğu qolların sayını 100-ə çatdırıb. 22 yaşlı hücumçu yerli çempionatda 100 qol vuran ən gənc futbolçu olub.

PSJ Liqa 1-də 63 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button