PSJ-ni gözləyən 215 milyonluq təhlükə

Fransanın PSJ klubu koronavirus pandemiyası səbəbindən 215 milyon avro itirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə, PSJ-nin ilkin itkilərinin yayım gəlirləri və ev oyunlarına bilet satışlarıyla əlaqədar olacağı bildirilib.

Fransa mətbuatının xəbərinə görə, PSJ klubunun ümumi büdcəsi 638 milyon avrodur.