“Lill” rəsmisi Azərbaycan millisinin hücumçusunun oyunlarını izləyəcək

Fransanın “Lill” klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Mustafa Yıldırımı yaxından izləyəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb. Liqa 1 təmsilçisinin idman direktoru Luis Kampos yeni mövsümdə “Alanyaspor”da forma geyinən hücumçunu yaxından izləyəcək.

“Alanyaspor”un gənclərdən ibarət komandasında forma geyinən Mustafa Yıldırım Azərbaycan yığmasına dəvət alır və o, U-21-in Fransa ilə oyununda (1:2) da iştirak etmişdi.

Kampos, Mustafayla yanaşı, Berke Kılıç, Eyüp Oskan və Arda Okanı da yaxından izləyəcək. Futbolçuların sərgilədikləri performansına görə mövsümün sonunda onlarla bağlı qərar veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button