Fransalı futbolçu MLS klubu ilə müqavilə bağladı

Fransanın “Monpelye” klubunun müdafiəçisi Arno Suke Liqa 1 təmsilçisindən ayrılıb.

Komanda.az xəbər verir ki, Fransadan olan 30 yaşlı futbolçu ABŞ-ın “Çikaqo Fayr” klubuna keçib. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni klubuna azad agent kimi qoşulan müdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin 31 dekabrına qədərdir.

Suke 2019-cu ildən “Monpelye”də çıxış edirdi. O, “Lill”, “Paris”, “Muskron”, “Dransi”, “Vandeya”, “Dijon”, “Nitsa” və “Gent” kimi klubların da formasını geyinib.

“Monpelye” yarımmüdafiəçisi Saşa Delayeni də “Le Puy Foot” klubuna icarəyə verib. Fransadan olan 20 yaşlı futbolçunun bu mövsümün sonuna kimi icarədə oynayacağı açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button