Kütləvi davaya görə dayandırılan matçla bağlı qərar verildi

Fransa Liqa 1-in 3-cü turunda azarkeşlərlə futbolçular arasında yaşanan qalmaqala görə yarımçıq dayandırılan “Nitsa” – “Marsel” oyunu ilə bağlı qərar verilib.

Komanda.az xəbər verir ki, oyun neytral meydançada, azarkeşsiz keçiriləcək. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Oyunun nə zaman keçiriləcəyi isə hələ məlum deyil.

“Nitsa” – “Marsel” matçı (0:0) ikinci hissənin sonlarına yaxın təxirə salınıb. Meydan sahibi komandanın azarkeşləri “Marsel”in futbolçusu Dimitri Payetə butulka atıb. Payet daha sonra butulkanı azarkeşlər tərəfə fırladıb və bundan sonra fanatlar meydana daxil olublar.