Fransa klubundan yeni transfer – Rəsmi

Fransa təmsilçisi “Lans” Kolumbiya klubu “Millonarios”dan hücumçu Oskar Kortesi transfer edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı oyunçu ilə 2028-ci ilə qədər olan müqavilə imzalanıb.

Kortes 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 19 oyuna çıxıb, altı qol vurub və üç məhsuldar ötürmə edib.

Xatırladaq ki, Liqa 1 klubu belçikalı forvard Lua Opendanın “Leyptsiq”ə gedişindən sonra hücum xəttində yaranan boşluğu Oskarla doldurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button