Bundesliqa klubundan 43 milyonluq transfer

“Leyptsiq” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, sözügedən klub Belçika millisinin və Fransa “Lans”ının hücumçusu Lua Opendanı heyətinə qatıb.

Almaniya klubu bu transfer üçün fransızlara 43 milyon avro ödəyib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Brügge”nin yetirməsi olan Openda “Lans”a ötən ilin iyulunda 11,8 milyon avro qarşılığında keçmişdi. O, bu komandanın heyətində meydana çıxdığı 42 oyunda 21 qol vurub. Openda Belçika yığmasında da 9 oyuna çıxıb, 2 qol vurub.

“Leyptsiq” öz yarımmüdafiəçisi Tom Krausu da “Maynts”a satıb. Klub bu transferdən 5 milyon avro qazanıb. 22 yaşlı futbolçunun yeni klubu onunla uzunmüddətli müqavilə imzalandığını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button