Fransa klubundan 2 yeni transfer

“Marsel” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Selta”nın qapıçısı Ruben Blanko və “Şeffild Yunayted”in yarımmdafiəçisi İliman Ndiayeni transfer edib.

Fransa klubu 28 yaşlı ispan qapıçının transferi üçün “Selta”ya 1,5 milyon avro ödəyib. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Ndiayenin transferi üçün isə İngiltərə klubuna 17 milyon avro ödənilib. Seneqallı futbolçu Marsel təmsilçisi ilə 5 illik sözləşməyə imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button