
Fransa klubu Ramosun agenti ilə danışıq aparır
“Real”ın və PSJ-nin sabiq futbolçusu Serxio Ramos Fransa çempionatına qayıda bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Actu Foot” məlumat yayıb.
İspaniyalı futbolçunun xidmətində “Nitsa” maraqlıdır. Fransa təmsilçisinin rəhbərliyi artıq onun agenti ilə danışıq aparır. 39 yaşlı müdafiəçinin özü də Avropaya geri dönməyə müsbət yanaşır. Ramosun son klubu Meksika “Monterrey”i olub.
“Nitsa” Liqa 1-də 16 turdan sonra 17 xal toplayaraq, turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



