
Fransa klubu De Bruyneni transfer etmək istəyib
“Marsel”in idman direktoru Mehdi Benatiya yay transfer pəncərəsindəki fəaliyyətləri barədə açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xüsusilə, “Napoli”dən yarımmüdafiəçi Kevin De Bruyne və “Çelsi”dən müdafiəçi Uesli Fofana ilə maraqlandıqlarını bildirib:
“De Bruyne barədə düşünürdüm, o, “Napoli”də yaxşı çıxış edir. Məqsədim sadəcə onu transfer etmək deyildi, onunla görüşüb danışmaq, necə hiss etdiyini öyrənmək istəyirdim. O, azad agent idi, amma bu, onun tamamilə sərbəst olduğu anlamına gəlmir. Biz sərbəst agentlərin vəziyyətini yaxşı bilirik… De Bruyne və baş məşqçimiz arasında yaxşı bir anlaşma olacağına inanırdım”.
Benatiya həmçinin, müdafiəçi Uesli Fofananın da klubun transfer gündəmində olduğunu vurğulayıb.
“Qarabağ” cari mövsümdə UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Çelsi” (2:2), 5-ci turunda isə səfərdə “Napoli” ilə qarşılaşıb – 0:2.
Bizi Facebook-da izləyin



