“Milan” onun üçün 25 milyon avro tələb edir

İtaliyanın “Milan” klubu futbolçusu Lukas Paketanın təzminat məbləğini müəyyənləşdirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Fransanın “Lion” klubu 23 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Məlumata görə, klublar rəsmi danışıqlara start verməyib. “Qırmızı-qaralar”ın Paketa üçün 25 milyon  avro tələb etdiyi bildirilir.

2019-cu ilin qışından “Milan”da çıxış edən Braziliya millisinin üzvünün klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.