
Flik “Atletiko” ilə oyunda sol cinahı ona tapşıracaq
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya kubokunun yarımfinal mərhələsində “Atletiko” ilə keçiriləcək cavab qarşılaşması üçün əsas heyətlə bağlı qərarını verib.
Oyun martın 3-də “Kamp Nou”da keçiriləcək. Kataloniyalılar finala yüksəlmək üçün möcüzə etməlidir – komanda ilk matçda rəqibinə 0:4 hesabı ilə məğlub olub.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı müdafiənin sol cinahında start heyətində Joao Kanseloya şans verməyi planlaşdırır. Portuqaliyalı futbolçu bu mövqedə Alexandro Baldeni əvəz edəcək.
“Barselona” Kanselonu qış transfer dövründə “Əl-Hilal”dan icarəyə götürüb. 31 yaşlı müdafiəçi fevralın 22-də, La Liqa çərçivəsində “Levante” ilə oyunda (3:0) məhsuldar ötürmə ilə yadda qalıb, son turda isə “Vilyarreal”la matçda (4:1) ehtiyat oyunçular skamyasında əyləşib.
Bizi Facebook-da izləyin



